Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbulun nəticələrini avqustun 4-də saat 21:00-dan sonra Komissiyanın internet saytında (tqdk.gov.az) yerləşdirib.
TQDK-dan verilən məlumata görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 6-da «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq.
Modern.az