Modern.az

Bu gün 40, sabah 41-42 dərəcə isti olacaq

Bu gün 40, sabah 41-42 dərəcə isti olacaq

5 Avqust 2010, 11:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 37-40, axşam 29-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 6-da hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 7-də hava şəraiti günəşli keçəcək, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaq.

Avqustun 8-də də hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz 37-39 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 6-da hava şəraitinin günəşli keçəcəyi və şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə isə 42, dağlarda isə gecə 16-21, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Avqustun 7-8-də hava şəraiti günəşli keçəcək və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda isə gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Həftənin sonunadək Abşeron yarmadasında kəskin isti hava şəraitinin davam edəcəyi, zəif küləklərin üstünlüyü, bəzi saatlarda havada rütubətliyin çox olacağı gözlənilir ki, belə meteoroloji şərait əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də, tənəffüs və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün risklidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI