Modern.az

600-dən çox bal toplayan abituriyentlər mükafatlandırılacaqlar

600-dən çox bal toplayan abituriyentlər mükafatlandırılacaqlar

6 Avqust 2010, 11:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək.

Modern.az-ın məlumatına görə, TQDK-dan verilən məlumata görə, 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının bu sayında və TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm. ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili avqustun 17-dək TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran və ya Quba şəhərində yerləşən Regional Bölməsinə təqdim etməlidirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI