Modern.az

Partiya sədrləri Milli Qəhrəmanın valideynlərinə baş çəkiblər

Partiya sədrləri Milli Qəhrəmanın valideynlərinə baş çəkiblər

6 Avqust 2010, 14:28

Bu gün Butöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri, millət vəkili İlyas İsmayılov Biləsuvar rayonuna səfər edərək, Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun ailə üzvləri ilə görüşüblər. Partiya sədrləri şəhid gizirimizin doğmalarına başsağlığı veriblər.

Bu barədə Modern.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

BAXCP sədri görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun misilsiz şücaətindən, Vətən və Millət naminə fədakarlığından söhbət açıldığını, onun keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunun vurğulandığını bildirib.

Qüdrət Həsənquliyev görüş zamanı Mübariz İbrahimovun ailəsinə yazdığı məktubla da tanış olduqlarını deyib: «Mübarizin məktubunun hər sətirində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübarizlərimiz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlaqlarını işğaldan azad etmək iqtidarındadır».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI