Modern.az

Növbəti ana ölümü: 28 yaşlı müəllimə öz ad günündə həyatını itirib

Növbəti ana ölümü: 28 yaşlı müəllimə öz ad günündə həyatını itirib

8 Avqust 2010, 18:56

Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması sahəsində ciddi problemlər qalmaqdadır. Ölkədə hələ də doğuş və hamiləlik zamanı ana və uşaq ölümü baş verir. Növbəti belə bədbəxt hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Modern.az-ın məlumatına görə, bir neçə aylıq hamilə olan orta məktəb müəlliməsinin vəziyyəti qəflətən pisləşdiyindən xəstəxanaya aparılıb. Amma həkimlər 28 yaşlı gənc xanımı özünün ad günündə ölümün pəncəsindən qurtara bilməyiblər. Həyatını öz ad günündə itirən gənc xanım Nərimanov rayonundakı 73 saylı orta məktəbdə biologiya müəlliməsi işləyırmiş. Modern.az-ın məlumatına görə, Lamiyə adlı (soyadını dəqiqləşdirə bilmədik-red.) 28 yaşlı orta müəlliməsi yeni ailə həyatı qurubmuş. Bir neçə aylıq hamilə olan gənc xanımın vəziyyəti qəflətən pisləşdiyindən yaxınları onu paytaxtdakı tibb müəssisələrinin birinə çatdırıblar. Verilən məlumata görə, o, xəstəxanaya çatdırılanda artıq bətnindəki körpəsini itiribmiş. Bu isə ana olamağa hazırlaşan gənc qadının halını daha da ağırlaşdırıb. Elə bu səbəbdən də həkimlərin orta məktəb müəlliməsinin həyatını xilas etməsi çətinləşib və o, vəfat edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 33 nəfər zahı və hamilə qadın doğuşun və hamiləliyin ağırlaşmasından ölüb.

Modern.az  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI