Modern.az

Yaxın üç günün hava proqnozu

Yaxın üç günün hava proqnozu

9 Avqust 2010, 13:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 40, axşam isə 28-30 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 10-da hava şəraitinin az buludlu və yağmursuz keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-26, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 11-də hava şəraitinin günəşli keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaq.

Avqustun 12-də də hava şəraitinin günəşli keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28, gündüz 37-39 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 10-da hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda isə gecə 16-21, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Avqustun 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda isə gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI