Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şərq, cənub-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gündüz 36-39, axşam isə 27-30 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.
Avqustun 17-də hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26, gündüz 35-38 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.
Avqustun 18-də hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25, gündüz 35-37 dərəcə isti olacaq.
Avqustun 19-da də hava şəraitinin az buludlu və yağmursuz keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-25, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 17-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 35-38, dağlarda isə gecə 14-19, gündüz 26-30 dərəcə isti təşkil edəcək.
Avqustun 18-19-da hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur.
Havanın temperaturu gecə 19-24, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda isə gecə 14-19, gündüz 26-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında isti temperatur şəraiti və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Modern.az