Modern.az

AMİP Etibar Məmmədovun 31 saylı dairədən namizəd olmayacağını bildirir

AMİP Etibar Məmmədovun 31 saylı dairədən namizəd olmayacağını bildirir

17 Avqust 2010, 13:42

Modern.az-ın AMİP lideri Etibar Məmmədovun qarşıdakı seçkilərdə 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd olacağı barədə məlumatına Milli İstiqlal Partiyası etiraz edib. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov saytımıza deyib ki, Etibar Məmmədov seçkilərdə namizəd olacağı barədə konkret fikrini hələ açıqlamayıb. Ə.Orucovun sözlərinə görə, E.Məmmədov deputatlığa namizədliyini irəli sürsə belə, 31 saylı Suraxanı İkinci Seçki Dairəsini seçməyəcək.

AMİP-in mətbuat və təbliğat katibi E.Məmmədovun bir sıra universitet rektoru ilə görüş keçirməsi barədə yazılanlara da etirazını bildirib. Bununla belə, o, AMİP liderinin “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevlə görüşünü təkzib etməyib və deyib ki, Etibar Məmmədovun bir insan kimi hər kəslə ünsiyyəti mümkündür.

Xatırladaq ki, saytımızın yaydığı məlumatda bildirilib ki, Etibar Məmmədovun Əhməd Vəliyevlə görüşünün nəticəsi olaraq belə qərara gəlinib ki, “Odlar Yurdu” Universitetinin rektoru qarşıdakı seçkilərdə namizədliyini 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deyil, 107 saylı Qazax Seçki Dairəsində irəli sürsün. Əvəzində Etibar Məmmədov 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd olsun.

AXCP sədri Əli Kərimlinin də həmin dairədən namizədliyini irəli sürəcəyi gözlənildiyindən Modern.az-ın məlumatı ictimai rezonansa səbəb olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI