Modern.az

Ana Vətən Partiyası üçün həlledici məsələ YAP-ın qərarıdır

Ana Vətən Partiyası üçün həlledici məsələ YAP-ın qərarıdır

18 Avqust 2010, 12:34

Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc Modern.az saytına bildirib ki, onlar da qarşıdakı parlament seçkilərinə ciddi hazırlaşırlar. Z.Orucun sözlərinə görə, 2005-ci ildəki seçkilərdə AVP-nin iki namizədinin deputat mandatı qazanmasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) böyük rolu olub. “Bu mənada ki, partiyanın sədri Fəzail Ağamalının və mənim namizədliyimizi irəli sürdüyümüz dairədən hakim partiya namizəd irəli sürmədi. Sözsüz ki, bu dəstək olmasaydı, biz çətinliklə üzləşərdik”.
Deputat qeyd edib ki, qarşıdan gələn yeni seçkilərdə də iştirak barədə düşünürlər. “Hesab edirəm ki, mənim üçün ən məqbul variant 93 saylı Bərdə şəhər seçki dairəsidir. Ancaq yenə də bizim üçün həlledici məsələ YAP-ın qərarıdır”.
AVP sədrinin müavini onu da deyib ki, partiyalarının digər üzvləri də seçkiyə namizəd kimi qatılacaq. O həmçinin deyib ki, namizəd olacaq partiya üzvlərinin şanslarə dəyərləndiriləcək. “Əgər hakim partiyadan olan namizəd şanslı olacaqlarsa, biz onu dəstəkləyəcəyik”.

Vüqar Ağamalıoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!