Modern.az

Deputatlığa namizədlərlə bağlı bəyanat hazırlanır

Deputatlığa namizədlərlə bağlı bəyanat hazırlanır

Ölkə

19 Avqust 2010, 10:56

Azərbaycan Milli Kulinariya Mərkəzi builki parlament seçkilərinə qatılacaq deputatlığa namizədlərlə bağlı bəyanat hazırlayır. Bu məlumatı Modern.az saytına adı çəkilən mərkəzin rəhbəri Tahir Əmiraslanov verib. T.Əmiraslanovun sözlərinə görə, Azərbaycanın minlərlə kulinarı adından hazırlanan bəyanatda deputatlığa namizədlər qarşısında şərt qoyulacaq.

“Biz ölkə kulinarlarına, həm də vətəndaşlara çağırış edəcəyik ki, parlament seçkilərində yalnız o deputatlığa namizədlərə səs versinlər ki, onların seçki platformasında Azərbaycanın milli kulinariyasının qorunması ilə bağlı müddəalar da yer alır”-deyə T.Əmiraslanov bildirib. 

Milli Kulinariya Mərkəzinin rəhbəri deyib ki, Azərbaycanda bəzi məmurların milli mətbəxə, onun qorunmasına etinasız münasibətinin nəticəsidir ki, hələ də ölkədə Kulinariya muzeyi yaradılmır. Halbuki, hələ 1991-ci ildə Nazirlər Kabineti  Kulinariya Akademiyasının və  Kulinariya muzeyinin yaradılması barədə qərar verib.
Milli Kulinariya Mərkəzi bununla bağlı dəfələrlə hökumətə və müxtəlif orqanlara məktub göndərsə də, müsbət cavab ala bilməyib.
İndi Milli Kulinariya Mərkəzi milli kulinariyanın qorunmasına diqqətin artırılması üçün növbəti parlamentin deputatlarının köməyindən yararlanmağa çalışır.
Mərkəzin builki parlament seçkilərinə qatılacaq deputatlığa namizədlərlə bağlı bəyanatına qarşı tərəfdən hansı reaksiyanın göstəriləcəyi yəqin yaxın aylarda məlum olar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI