Modern.az

Rusiyadan Azərbaycana pul köçürmələri artıb

Rusiyadan Azərbaycana pul köçürmələri artıb

Ölkə

25 Avqust 2010, 09:52

Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin miqdarı artmaqdadır. Modern.az BBC-yə istinadən xəbər verir ki, Azərbaycana bu ilin ikinci rübündəki köçürmələr birinci rübə nisbətən təxminən 30 faiz artıb. Bəzi MDB ölkərinə köçürmələrin artımı bundan yuxarı olub. Mütəxəssislər bunu Rusiya iqtisadiyyatının inkişaf etməsilə bağlayırlar.

Ötən ildəki 8 faizlık enmədən sonra bu il Rusiya iqtisadiyyatı nəzərə çarpaçaq artım nümayiş etdirir. Bu məqam ölkədən pul köçürmələrinin artımına xeyli təsir edib. Rusiya Mərkəzi Bankının məlumatına görə, pul köçürmələri sistemləriylə bu ilin ikinci rübündə MDB ölkələrinə köçürmələr 2 milyard 540 milyon dollar təşkil edib. Birinci rübdə bu göstərici təxminən 30 faiz aşağı idi. Mütəxəssislərə görə, bu köçürmələrdə əsas yeri məhz Rusiyada çalışan miqrantların vətənə göndərdikləri pullar tutur.

Azərbaycana ikinci rübdə 189 milyon dollar göndərilib. Birinci rübdə bu göstərici 141 milyon dollar idi. Əks istiqamətdə Azərbaycandan Rusiyaya ikinci rübdə 16 milyon dollar köçürülüb. Əməliyyatların orta məbləği təxminən 600 dollar təşkil edib.
Ermənistandan Rusiyaya ikinci rübdə 23 milyon dollar gəlib, əks istiqamətdə 221 milyon dollar gedib. Birinci rüblə müqayisədə Ermənistana pul köçürmələri təxminən 50 faiz artıb.

Əhəmiyyətli artım bütün başqa MDB ölkələrinə də aiddir. Məsələn, ikinci rübdə Özbəkistana 600 milyon dollardan artıq pul ötürülüb. Birinci rübdə isə bu rəqəm 400 milyon dollardan az idi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI