Azərbaycan Silahlı Qüvvələrinin zabiti, hazırda Macarıstanın paytaxtı Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən Ramil Səfərovun 33 yaşı tamam olub.
Atası Sahib Səfərovun sözlərinə görə, oğlu ilə mütəımadi olaraq telefonla əlaqə saxlayırlar, vəziyyəti yaxşıdır, saxlama şəraitindən də narazı deyil.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.