Modern.az

AMİP: “Müsavatın bizi nazirlə bağlaması “qara piar”dır”

AMİP: “Müsavatın bizi nazirlə bağlaması “qara piar”dır”

Ölkə

26 Avqust 2010, 16:12

Müsavat Partiyası AMİP-ə qarşı KİV-də “qara piar” kampaniyası aparır. Bu sözləri Modern.az saytına açıqlamasında partiyanın seçki qərargahının rəhbəri Rəşad Bayramov verib. Onun sözlərinə görə, son vaxtlar AMİP-in guya fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyyələşməsi barədə Müsavata yaxın mətbuat orqanlarında gedən informasiyalar Müsavat rəhbərliyinin təşkilatçılığı ilə aparılır.

“Zaman-zaman bizi gah Əli İnsanovla, gah Rəsul Quliyevlə bağlayıblar. İndi də bu böhtan kampaniyasına rəvac verilib”-deyə partiya rəsmisi narazılığını ifadə edib.

Müxalifət düşərgəsindəki pərakəndəliyin səbəbini Müsavatın apardığı siyasətlə bağlayan AMİP rəsmisi bildirib ki, Müsavatın birlik çağırışları onların fəaliyyətinə adekvat olmayıb.

R. Bayramov qeyd edib ki, siyasi qüvvələr arasında olan inamsızlıq müxalifət düşərgəsindəki pərakəndəliyin ən böyük səbəbi olub.

Amin Səfərli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI