Azərbaycan Sosial Demokart Partiyasının həmsədri Araz Əlizadə 17 saylı Yasamal seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürəcək. Bu barədə Modern.az-a A.Əlizadə məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi sollar bu seçkilərdə iştirak etməklə bağlı qərar veriblər.
“Seçkilərə tək partiya olaraq qoşulacağıq. Heş bir blokla danışıq aparmırıq”-deyə ASDP sədri bildirib. Partiyanın namizədləri də az olacaq. ASDP cəmi 3-4 namizədlə seçkiyə qatılacaq”.
Qeyd edək ki, bu dairədən AXCP-dən Qənimət Zahid, Müsvatdan Nüşabə Sadıxlı, VİP-dən Əli Əliyev namizədliyini irəli sürcəklərini açıqlayıblar. 2005-ci ildə bu dairədən ALP sədri Lalə Şövkət deputat seçilib. Lalə Şövkət mandatdan imtna edəndən sonra bu dairədə təkrar seçkilər keçirilməyib.
Amin Səfərli