Modern.az

Daxili İşlər Nazirliyi seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb

Daxili İşlər Nazirliyi seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb

Ölkə

27 Avqust 2010, 13:10

Bu gün Dairə Seçki Komissiyası sədrlərinin ixtisasartırma kursunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, noyabrda keçiriləcək parlament seçkilərinin demokrartik, şəffaf keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
O.Zalovun sözlərinə görə, Daxili İşlər Nazirliyi seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
"Plana görə, noyabrın 5-9-dək polis xüsusi gücləndirilmiş iş rejimində işləyəcək. “Exit-poll”un keçirilməsinə əsassız müdaxilələrin qarşısının alınması, ayıq-sayıqlığın artırılması, ictimai asayişin qorunması üçün polislər gücləndirilmiş rejimdə çalışacaqlar".
Nazir müavini deyib ki, seçki prosesi zamanı DSK-lar, seçki məntəqələri mühafizəyə götürüləcək, namizədlərlə görüş keçiriləcək binaların aidiyyəti qurumlarla müayinəsi aparılacaq, xarici müşahidəçilərin təhlükəsizliyi təmin olunacaq, ictimai yerlərdə, küçələrdə nəzarət gücləndirilməsi üçün polis post-patrul dəstələrinin sayı artırılacaq.

O.Zalov bildirib ki, noyabrın 6-dək 18 yaşı tamam olmuş şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi işinə ciddi nəzarət olunacaq və onlar şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar.

Nazir müavini onu da deyib ki, kKütləvi aksiyalar nəzərdə tutulmuş ərazilərdə, icazə verilən hallarda keçirilməlidir. Polis icazə verilməyən yerlərdə aksiyaların keçirilməsinə imkan verməyəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI