Qarşıdan gələn parlament seçkilərinin rəsmi startına bir həftə qalır. Rəsmi start gününə vaxt yaxınlaşdıqca deputatllğa namizəd olmaq istəyənlərin də sayı artır. Modern.az saytının məlumatına görə, bu seçkilərdə Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin də deputatlığa namizədliyi irəli sürüləcək.
Aldığımız məlumata görə, Ramiz Rövşənin namizədliyi Müsavat və Xalq Cəhbəsi partiyalarından dəstəklənəcək. Eyni zamanda müxalifətin namizədi olmasına baxmayaraq, ünlü şairimizin əks düşərgədə də öz işlərini həll etdiyi söylənilir.
Artıq telekanallara Ramiz Rövşənə isti münasibət bəsləmək üçün göstəriş verildiyi də bildirilir.
Modern.az