Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurultay səlahiyyətli konfransı kecirilib. Modern.az-ın məlumatına görə, konfransda partiyanın sədri Məmməd Əlizadə hesabat məruzəsilə cıxış edib.
Partiya üzvlərindən Əsədulla Qurbanov, Cəmşid İrzaquliyev, Mirbala Əliyev, Aida Bəndəliyeva, Sevda Qələndərli, , Eyvaz Məmmədov və başqaları məruzə ətrafında cıxışlar ediblər.
Konfransda Partiyanın Siyasi Şura tərkibinə bəzi əlavə və dəyişikliklərlə bağlı təşkilati məsələyədə baxılıb.
Konfransın yekununda noyabrın 7-də keçiriləcək parlament seckilərində iştirak etmək ücün partiyanın müvafiq icra strukturları və yerli rayon təşkilatları tərəfindən irəli sürülən 76 dairədən namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı müzakirə edilib, təsdiq olunub. Konfransın yekununda DADP-nin seckilərin ədalətli və azad kecirilməsilə bağlı Azərbaycan xalqına müraciəti qəbul olunub.
Müraciətdə DADP aşağıdakı istiqamətlərdə zəruri addımların atılmasını vacib sayır.
I. Milli həmrəyliyə nail olmaq;
II. 07 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində Azərbaycan xalqının azad seçimini təmin etmək, seçkilərin demokratik keçirilməsi üçün islahatçı qüvvələrin gətirməkdə olduğu yeni ab-havaya dəstək vermək, müxtəlif partiyalar və seçki blokları arasındakı rəqabətdə yaranan situasiyalarda insanların sərbəst, düzgün seçim imkanlarının genişlənməsinə dayaq olmaq;
III. Siyasi mənsubiyyətinə və siyasi baxışlarına görə təqiblərin yolverilməzliyi prinsipini təmin etmək;
IV. Ölkənin iqtisadi yüksəlişə dözə bilməyən qüvvələrin xüsusi marağının, sosial problemləri olan insanların azad seçki şüarı ilə pərdələnmiş qisasçılar aksiyası və rəngi dəyişmiş hakimiyyət hərisliyi ilə siyasi sabitliyin pozulmasına edilə bilən hər hansı bir cəhdin qarşısını almaq;
V. Parlamentin yeni, təşəbbüskar, milli mənlik şüuruna malik olan və islahatçı millət vəkilərindən formalaşmasına nail olmaq;
DADP 120 mindən artıq üzvü olan bir siyasi partiya olaraq bəyan edir ki, yuxarıda sadalanan müddəalar partiyanın mövqeyini əks etdirir və seçkilərin nəticələrinə obyektiv münasibət olmazsa, saxtalaşdırma halları olarsa, nəticələr partiya tərəfindən tanınmayacaq.
Modern.az