Millət vəkili Qənirə Paşayeva və əməkdar artist, tanınmış bəstəkar-müğənni Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ittihaf olunmuş «Şəhidim» adlı musiqi kompazisiyası hazırlayıblar. Sözləri millət vəkili Qənirə Paşayavaya, bəstəsi Tünzalə Ağayevaya aid olan müsiqi kompazisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, eyni zamanda TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edirlər. Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı VİDA məktubu üzərində qurulub. Artıq millət vəkidi Qənirə Paşayevanın dəstəyi ilə müsiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayacaq. Müəlliflər inanırlar ki, bu musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, o cümlədən digər şəhidlərimizin əziz xatirələri qarısında bir ehtiram olmaqla yanaşı, gənc nəsillərimiz arasında vətənpərvərlik hissinin daha da güclənməsinə də xidmət edəcək. Bu əsər insanları, xüsusilə də gəncləri şəhidlik zirvəsi, vətən və torpaq qarşısında borc kimi dəyərlər barədə düşünməyə səsləyir. Müsiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyasının bir millət iki dövlət olan Azərbaycan və Türkiyəli sənətçi tərəfindən birgə ifa edilməsi böyük məna daşıyır. Musiqi kompazisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş «MÜQƏDDƏS ZİRVƏ» adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapır. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişərinə 1 ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək. Televiziya kanallarında da nümayiş olunacaq filmin nüsxələri hərbi hissələrə, aili və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza da göndəriləcək. Modern.az