Modern.az

İqtidaryönli siyasi partiyaların seçki bloku yaradılır

İqtidaryönli siyasi partiyaların seçki bloku yaradılır

1 Sentyabr 2010, 16:45

İqtidaryönlü siyasi partiyaların parlament seçkilərində blok şəklində iştirakı ilə bağlı məsləhətləşmələr aparılır. Bu barədə Modern.az-a Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. Onun sözlərinə görə, hazırda rəhbərlk etdiyi partiyaya blok yaratmaq barədə bir neçə siyasi partiya tərəfindən müraciət olunub. X.Kazımlı məsləhətləşmələrdə iştirak edən partiyaların adını çəkməkdən imtina edib. 

“İqtidar partiyası olan YAP güclüdür və dəstəyə ehtiyacı yoxdur. Biz mərkəzi partiya olaraq daim hakim partiyanı dəstəkləmişik. Hazırda məsləhətləşmələr aparan mərkəzçi partiyaların blok yaradacağı müzakirələrin gedişindən asılıdır.  Ola bilsin blok yaradılsın və ya baş tutmasın”-deyə millət vəkili bildirib.

Sosial Rifah Partiyasının sədri Xanuhüsyn Kazımlı seçkilərdə iştirakı partiyanın kollegial qərarından asılıdır. Bu barədə məlumat verən millət vəkili deyib ki, partiyanın Məclisi onun və seçkilərdə iştirak edəcək digər partiya üzvlərinin dairə üzrə siyahısını sentyabrın 11-də açıqlayacaq. Sosial Rifah Partiyası bu seçkilərdə 30-35 namizədlə iştirak etmək niyyətindədir.  Sentyabrın 11-də həmçinin mərkəzçi partiyaların ceçki blokunun taleyinə də aydınlıq gətiriləcək. 

“Həmin gün seçki bloku ilə bağlı məsləhətləşmələrin nəticələri rəsmən elan ediləcək”-deyə X.Kazımlı bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI