“İqtidaryönlü siyasi partiyaların seçki bloku yaradılması barədə məsləhətləşmələr barədə xəbərsizəm”.
Bu sözləri Modern.az-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı seçkilərlə bağlı hakimiyyəti dəstəkləyən qurumun yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən seçki dövrlərində iqtidaryönlü qüvvələrin birləşdiyi Məşvərət Məclisi olub və bu da seçki bloku kimi fəaliyyət göstərməyib. Sonradan isə dağılıb.
F.Ağamalının fikrincə, seçkilərə çox az bir müddət qalıb və bu müddət ərzində hansısa blok təsis etmək imkan xaricindədir.
“Ana Vətən seçkilərə tək gedəcək. Bundan başq, seçki dairələrində hakim partiya ilə birgə işləyəcəyik”-deyən millət vəkili məsləhətləşmələrdə iştirak edən partiyalarla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Modern.az