Modern.az

Bakıda prezidentlərin görüşü olacaq

Bakıda prezidentlərin görüşü olacaq

Ölkə

2 Sentyabr 2010, 00:16

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya  prezidentləri bir araya gələcək. Modern.az xəbər verir ki,  görüşdə qazın Avropaya birgə nəqli məsələsi diqqətdə olacaq.  Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Basesku və Gürcüstan dövlət başçısı Mixail Saakaşvili iştirak edəcəklər. Müvafiq sənədlərin razılaşdırılması üçün sentyabrın 6-da Bakıda işçi qrupların görüşü olacaq. Sentyabrın 13-də isə hər üç ölkənin energetika nazirləri bir araya  gələcək.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular