Modern.az

“Bu balaca gədə Ermənistana gedəndən Azərbaycana şantaj artıb"

“Bu balaca gədə Ermənistana gedəndən Azərbaycana şantaj artıb"

2 Sentyabr 2010, 20:33

“Dağlıq Qarabağın azərbaycanlı icması”nın İdarə Heyətinin üzvləri, millət vəkilləri Həvva Məmmədova və Elman Məmmədov Modern.az-a açıqlamalarında Ermənistan parlamentinin “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” haqqında qanun layihəsini müzakirəyə çıxarmaq planına münasibət bildiriblər. 

Həvva Məmmədova: “Ermənistan parlamentinin qondarma DQR-i tanımaq barədə müzakirələr aparacağı xəbəri ilk dəfə deyil səslənir. Bu parlament qonşu Gürcüstanın Respublikasının Cavaxetiya bölgəsinə qarşı da belə sərsəm iddialar irəli sürür. Ermənilər deyəsən buralara gəlmə xalq olduqlarını unudublar. Halbuki onlar burada daim qonaq kimi yaşıyıblar.  Onlar Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı abidə də qoymuşdular. İndi, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişafı erməniləri təşvişə salıb. Bu sərsəm bəyanatlar da təlaşdan doğan nəticədir. Azərbyacan prezidenti Ilham Əliyev birmənalı bildirib ki, ərazi bütövlüyümüz müzakirə mövzusu deyil. İnşallah, torpaqlarımızı özümüz işqaldan azad edəcəyik”.   

Elman Məmmədov: “Bu balaca gədə (Rusiya prezidenti Medvedyevi nəzərdə tutur-modern.az) Ermənistana gedəndən sonra işğalçı dövlətin Azərbaycana qarşı şantaj siyasəti daha da güclənib. Ermənistanla Rusiya birlikdə işğal olunmuş Azərbaycan ərazilərində cinayətkar dəstə yerəşdiriblər. Ancaq onlar bu cür siyasi şantajla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan yaxın zamanlarda bu cinayətkarları məhv edəcək”.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI