Modern.az

Ruslar Atatürkə sui-qəsdin qarşısını necə alıblar?

Ruslar Atatürkə sui-qəsdin qarşısını necə alıblar?

16 Sentyabr 2010, 09:50

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı sui-qəsd planı ilə bağlı bir   iddia da Rusiyadan gəlib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiyada yayımlanan və keçmiş sovet hərbi kəşfiyyatından bəhs edən kitabça Atatükə yönəlik bir sui-qəsdin sovet kəşfiyyatı tərəfindən əngəlləndiyini iddia edir.  

Kitaba görə, sovet kəşfiyyatının Bolqarıstandakı agenti erməni daşnak çetelərinin Atatürkə yönəlik sui-qəsd planlarından xəbəri olması barədə durumu Moskvaya bildirir. Moskva da sui-qəsdlə bağlı planları Ankaranın diqqətinə çatdırır. Rus tarixçiləri cümhuriyyətin ilk illərində iki ölkə kəşfiyyat təşkilatarı arasında sıx işbirliyinin olduğuna diqqət çəkir.  

Rus kəşfiyyat yazarı Aleksandr Kolpakidinin qələmə aldığı “Böyük Vətən Savaşı illərində  QRU”  adlı kitabçada ikinci dünya müharibəsi dövründə və ondan qabaqki illərdə sovet agentlərinin gizlin fəaliyyəti yer alır. O dönəmdə QPU-nun (Baş Kəşfiyyyat İdarəsi) gizli mərkəzlərindən birinin Bolqarıstan olduğu  bildirilir. Arxiv materiallarına əsaslanan rus yazarına görə, Bolqarıstandakı agentlər sayəsində Atatürkə yönəlik qəsdin qarşısı alınıb.

Yazar 1923-cü ildə gerçəkləşən sui-qəsd planını belə şərh edir. “QRU-nun Bolqarıstandakı ən önəmli agentlərindən biri də erməni əsilli Sarkiz Karielov idi. İfrat milliyyətçi daşnak partiyası Türkiyənin doğu torpaqlarında erməniləri yerləşdirməyi planlaşdırırdı. Daşnaklar bu məsələdə başlıca əngəl olaraq Atatürkü görürdülər. Bu səbəbdən də daşnak çetelər Atatürkü  aradan götürməyə qərar veriblər. Onlar Atatürkü öldürdükdən sonra yerinə gələcək yeni yönətimin  Türkiyə torpaqlarında erməni planlarına yaşıl işıq yandıracağına inanırdılar. Bu səbəblə də daşnaklar Atarükü sui-qəsd həyata keçirməyə qərar veriblər. Və agentlərini Türkiyəyə göndəriblər. Lakin sui-qəsdin təşkilatçılarından biri Bolqarıstandakı uzaq qohumu və eyni zamanda QRU-nun agenti  Kaprielovun evində qonaq qalırdı. Peşəkar agent gizlincə qonağın  ziyarətinin səbəbini öyrənmək marağı ilə qaldığı mənzilindəki sənədləri saf-çürük edərkən  sui-qəsd planı ilə əlaqədar önəmli bilgilərə rast gəlib. Plandan xəbərdar olan sovet agenti dərhal  QRU-nun Bolqarıstan mərkəzinə xəbər verib, daha sonra isə durum Moskvada təhlil olunur. Moskva da Türkiyə yönətimini daşnakların sui-qəsd  planıyla bağlı xəbərdar edir.

Yazara görə, sui-qəsd planından xəbərdar olan Atatürk təşkilatçıları çox sərt şəkildə cəzalandırıb.       

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu