Modern.az

General-mayor deputatlığa namizəd olmaq istəyir

General-mayor deputatlığa namizəd olmaq istəyir

16 Sentyabr 2010, 17:00

Milli Məclisə keçiriləcək seçkilərdə daha bir sabiq hərbçi gücünü sınamaq qərarına gəlib. Modern.az saytının əldə etdiyi məlumata görə, keçmiş korpus komandiri, general-mayor Mahmud Həmzəyev deputatlığa namizədliyini irəli sürmək fikrindədir.

General namizədliyini 107 saylı Qazax seçki dairəsindən  verməyi planlaşdırır.
Modern.az xəbəri dəqiqləşdirmək üçün 107 saylı Qazax seçki dairəsi ilə əlaqə saxlayıb. Dairənin sədri Nemət Əliyev saytımıza bildirib ki, doğrudan da general Mahmud Həmzəyev DSK-da olub.

“General bir neçə gün öncə DSK-ya gəlmişdi, namizədliklə bağlı hansı sənədlərin lazım olmasını soruşdu, qeydlərini götürdü və getdi”-deyə DSK sədri qeyd edib.

Onun sözlərinə görə, generalın öz sənədlərini DSK-ya təqdim etməsi gözləniləndir. 

General-mayor Mahmud Həmzəyev uzun müddət Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. O, 2009-cu il noyabrın 5-də Beyləqan zonasında yerləşən İkinci ordu korpusunun komandiriliyindən təqaüdə göndərilib.

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu