78 saylı Lerik-Lənkəran seçki dairəsinin deputatı Miri Qəmbərov indiki seçkilrədə iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının açıqlayacağı siyahını gözləyir. Bu barədə saytımıza deputat özü məlimat verib.
Millət vəkili qeyd edib ki, seçicilər onun namizədliyini irəli sürmək üçün yüksək dairələrə müraciət ediblər: “Mən seçilərdən xahiş etdim ki, bu kampaniyanı dayandırsınlar. Çünki kimsə bu məsələdə məndən də şübhələnə bilərdi…”.
İndiyədək məsləhətlərə hörmətlə yanaşdığını deyən deputat daim dövlətçiliyin qorunmasında iştirak etdiyini də vurğulayıb. “Adınız partiyanın siyahısında olmasa, namizədliyinizi irəli sürəcəksinizmi” sualını deputat “adım siyahıda olmasa, necə namizədliyimi irəli sürə sürə bilərəm..?” cavabını verib.
Miri Qəmbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. «Şöhrət» ordeni ilə təltif edilib. 1956-cı ildən «Azərittifaq»ın mərkəzi ticarət idarəsində baş əmtəəşünas, ticarət idarəsinin direktor müavini, direktoru, mərkəzi aparatın böyük əmtəəşünası, şöbə müdirinin müavini, şöbə müdiri, 1980-ci ildən Bakı Şəhər Ticarət İdarəsinin şöbə rəisi, Yasamal Rayon Ticarət İdarəsinin baş direktoru, respublika İdman və Mədəni Mallar Birliyinin baş direktoru vəzifələrində çalışıb.
1994–1997-ci illərdə ticarət naziri işləyib. 1997-ci ildən «Azərkontrakt» Səhmdar Cəmiyyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Modern.az