Modern.az

Gələn ilin dövlət büdcəsi: Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilir

Gələn ilin dövlət büdcəsi: Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilir

17 Sentyabr 2010, 15:25

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyinin kollegiyasında müzakirə edilib.

  Maliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 15-də keçirilən kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, Azərbaycan Respublikasının 2011-ci il və sonrakı üç il üzrə proqnoz göstəriciləri, dünyada səngiməkdə olan maliyyə-iqtisadi böhranın ehtimal olunan təsirləri və dövlət büdcəsinin gəlirlərinin təmin edən, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların sifarişləri nəzərə alınmaqla tərtib olunub.

Qeyd edilib ki, 2011-ci il dövlət büdcəsi xərclərinin layihəsinin tərtibi zamanı dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyini təmin etmək, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatının yaradılmasına üstünlük verilib.   
    
Kollegiya Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini bəyənərək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması haqqında qərar qəbul edib. Kollegiyada Maliyyə Nazirliyinin bir sıra cari məsələləri də müzakirə olunub.

Modern.az  

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu