Modern.az

Əli Həsənov YAP-ın siyahısından və seçkilərdən danışıb

Əli Həsənov YAP-ın siyahısından və seçkilərdən danışıb

20 Sentyabr 2010, 12:11

Modern.az-ın məlumatına görə, sentyabrın 20-də ATƏT-in Bakı ofisi ilə Prezident Administrasiyası “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirdiyi birgə tədbirdə icra başçıları da iştirak edib. Tədbirdə Prezident Administrasiyasının istimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçkilərdən danışıb, Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısına münasibət bildirib. 

O, deyib: “Builki seçkilər əvvəlki seçkilərdən fərqlənir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə bütün iddialı namizədlər, əsas partiyalar seçkilərə heç bir şərt irəli sürmədən qatılıblar”.

PA-nın şöbə müdiri bildirib ki, əvvəlki seçkilərdə bir sıra partiyalar və namizədlər müəyyən şərtlər irəli sürürdülər, boykotdan danışırdılar. Bu dəfə isə belə şərtlər olmadan hamı seçkiyə qoşulacağını bəyan edib: “Bunun özü bu seçkiləri əvvəlki seçkilərdən fərqləndirir”.

İcra başçılarının da qatıldığı tədbirdə Ə.Həsənov onlara yerlərdə seçkiyə qeyri-qanuni müdaxilə etmədən seçki mühiti yaradılması və əhalinin seçki məntəqələrində səsverməsinin təmin olunması ilə bağlı tövsiyələr də verib.

Jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının istimai-siyasi şöbəsinin müdiri YAP-ın siyahısına da münasibət bildirb. O, deyib ki, siyahısı xeyli yenilənib, orada partiyanın gənc üzvləri, müxtəlif sahələrdə çalışan, digər intellektual fəaliyyətlə məşğul olan gənc partiya üzvlərinə böyük etimad göstərilib.
"Bu bir yarışdır və hər bir partiya öz namizədini irəli sürüb. Kimin qalib gələcəyini seçki müəyyən edir. Bütün partiyalara, o cümlədən YAP-a uğurlar diləyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu