Modern.az

Aynur Quliyeva deputatlığa namizədliyini irəli sürüb

Aynur Quliyeva deputatlığa namizədliyini irəli sürüb

21 Sentyabr 2010, 15:37

Milli Məclisin 95 saylı Tərtər seçki dairəsindən deputatı Aynur Quliyeva qarşıdakı parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürüb.
A.Quliyeva Modern.az saytına bildirib ki, sənədlərini artıq DSK-ya təqdim edib, yaxın günlərdə imza vərəqələrini götürəcək.

A.Quliyeva 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirib. «Qadın Konsensus Mərkəzi» İctimai Birliyinin sədridir.

1996–2000-ci illərdə «Azərbaycan Ordusu», «Xalq qəzeti», «Şans», «Ulus», «Millətin səsi», «Yeni Yüzil» qəzetlərinin, 2001–2005-ci illərdə «Yeni Müsavat» qəzetinin müxbiri işləyib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.

Modern.az  

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu