Modern.az

Fuad Muradov imza vərəqələrini götürüb

Fuad Muradov imza vərəqələrini götürüb

22 Sentyabr 2010, 18:01

29 saylı Səbail seçki dairəsini Milli Məclisdə təmsil edən millət vəkili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov  yenidən deputatlığa namizədliyini irəli sürüb. F.Muradov Modern.az-a deyib ki, o, bu gün DSK-dan imza vərəqələrini götürüb.
Deputatın sözlərinə görə, 29 saylı Səbail seçki dairəsində seçicilər onu. O da seçiciləri yaxşı tanıyır və arada qarşılıqlı etimad yaranıb.

F.Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.
2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir.
Evlidir, 2 övladı var.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu