Modern.az

Cəmil Həsənli parlamentdən səsləndi: "Həbsdəki jurnalistlər azad olunmalıdr"

Cəmil Həsənli parlamentdən səsləndi: "Həbsdəki jurnalistlər azad olunmalıdr"

30 Sentyabr 2010, 12:28

Bu gün üçüncü çağırış Milli Məclisin sonuncu- payız sessiyası işinə başlayıb. Modern.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Cəmil Həsənli deyib ki, hazırda həbsdə olan jurnalistlər azadlığa buraxılmalıdır. Deputat bununla bağlı ölkə prezidentinə müraciət olunmasını istəyib.
C.Həsənli çıxışı zamanı əhalinin sovet dövründən əmanət banklarında qalan əmanətlərinin qaytarılmasının da vacibliyini vurğulayıb. Deyib ki, Azərbaycan bu məsələdə MDB dövlətləri arasında sonuncu yerdədir.
Millət vəkili əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımların verilməsilə bağlı çoxlu şikayətlərin olmasından, Azərbaycan bazarlarında meyvə-tərəvəzin qiymətinin bahalığından da danışıb, deputatların diqqətini bu məsələlərə çəkib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal