Modern.az

YAP-ın namizədlərinə özbaşına təbliğat kampaniyası aparmaq qadağan edildi

YAP-ın namizədlərinə özbaşına təbliğat kampaniyası aparmaq qadağan edildi

30 Sentyabr 2010, 19:21

Namizədlərin portretlərini, platformalarını yalnız hakim partiya çap edəcək


Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin təbliğat və təşviqat məsələlərini mərkəzləşdirilmiş qaydada həyata keçirəcək. Bu barədə Modern.az-a hakim partiyanın adının açıqlanmamasını istəyən namizədlər m’lumat veriblər. Onların sözlərinə görə, namizədlərin platformaları, reklam və plakatları partiyanın müəyyən etdiyi bir yerdə çap olunacaq və mərkəzləşdirilmiş şəkildə paylanacaq.  

Məlumatlarda bildirilir ki, YAP-da bu iş qeyri-rəsmi olaraq partiyanın icra katibinin müavini deputat Siyavuş Novruzova həvalə edilib. S.Novruzov YAP-ın təbliğat və təşviqat məsələlərini kurasiya edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal