Modern.az

Namizədliyi qeydə alınmayan iqtisadçı-alim prezidentə müraciət edib

Namizədliyi qeydə alınmayan iqtisadçı-alim prezidentə müraciət edib

12 Oktyabr 2010, 15:13

Tanınmış iqtisadçı-alim Vüqar Bayramov 83 saylı Ağcabədi-Füzuli dairəsində üzləşdiyi qanunsuzluqlarla  bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə seçki prosesində haqsızlıqlara məruz qaldığını söyləyən  V. Bayramov qeyd edib ki, Ağcabədi İcra Hakimiyyətinin başçısı prezidentin seçkinin demokratik və azad keçirilməsi ilə bağlı göstərişlərinə zidd olaraq seçki prosesinə birbaşa müdaxilə edərək seçkinin nəticələrini öncədən müəyyələşdirməyə çalışır. İqtisadçı bildirib ki, məhz yerli icra hakimiyyəti prosesə müdaxilə edərək namizədliyinin qeydə alınmasına imkan verməyib:
”İmza yığma prosesinə özüm şəxsən nəzarət edərək imzaların Seçki Məcələsinin tələblərinə uyğun həyata keçirilməsinə çalışmışıq. DSK qanunsuz və Sizin demokratik inkişaf ilə bağlı göstərişlərinizə zidd olaraq bəzi imzaların oxşar olması ilə qərar qəbul edərək namizədliyimin qəbul edilməsi üçün 25 yetərli imzanın çatmadığını bildirmişdir.  Hətta seçici kimi mənə imza verən yaxın qohumlarımın  imzaları da  qanunsuz olaraq “saxta” elan edilmişdir. İmzası “saxta” elan olunanlar öz imzalarını təsdiq etməyə hazırdırlar. Seçkinin demokratik keçiriləcəyi ilə bağlı Sizin siyasi iradənizin olması seçkidə iştirakla  bağlı qərar verməyimə səbəb olub”.

Müraciətdə o da vurğulanıb  ki, iqtisadçı  Corc Vaşinqton Universitetinin 2010-cu il üçün hazırladığı, ölkə başçısının adınının da qeyd edildiyi “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahında “inkişaf və elm” kateqoriyası üzrə Azərbaycanı təmsil edir.  Onun iqtisadiyyatla bağlı əsərləri dünyada 25 xarici dilə tərcümə olunub. Həmçinin V.Bayramov iqtisadi inkişafa töhvə vermək məqsədi ilə iqtisadiyyatın müxtəlif sektorları üzrə təkliflər paketi hazırlayaraq Azərbaycan hökumətinə təqdim edib.

Müraciətin sonunda iqtisadçı alım Prezidentin gənc-alimlərə qayğısını olduğunu nəzərə alaraq sözügedən qanunsuzluğun aradan qaldırılmasında ölkə başçısının yardımına əminliyini bildirib.

Xatırladaq ki, ölkəmizi Böyük Britaniya Kral Akademiyasında təmsil edən Vüqar Bayramov adı ABŞ-da nəşr edilən dünya ensklopediyasına daxil edilən yeganə azərbaycanlı iqtisadçıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu