Modern.az

Əli Kərimli: “Vətəndaşların siyasətdən tamamilə uzaqlaşa biləcəyindən ehtiyat edirik”

Əli Kərimli: “Vətəndaşların siyasətdən tamamilə uzaqlaşa biləcəyindən ehtiyat edirik”

Ölkə

16 Oktyabr 2010, 14:20

“AXCP-Müsavat” seçki bloku dairə seçki komissiyaları (DSK) tərəfindən blokun irəli sürdüyü namizədlərin qeydiyyatında problem yaradılmasından şikayət edib. Blokun təsisçilərindən olan AXCP-nin sədri Əli Kərimli internet forumda keçirilən müzakirələrdə iştirak edən gənclərin suallarını cavablandıran zaman bildirib ki,  Mərkəzi Seçki Komissiyası indiyə qədər blokun cəmi 32 namizədini qeydə alıb. Seçki prosesini diqqətlə müşahidə etdiklərini deyən Ə. Kərimli vurğulayıb ki, hazırda seçkilərə münasibətlə bağlı bütün variantlar müzakirəyə çıxarılıb.

Bununla bərabər seçkilərin cəmiyyətdə fəallığına təsirini qeyd edən AXCP sədri ötən seçkiləri boykot etmələrindən sonra bu dəfə seçkilərdə iştirak qərarı verdiklərini deyib.

“Biz boykotdan sonra bu seçkilərdə iştirak variantına üstünlük verdik. Çünki seçkilər cəmiyyətdə canlanma yaradır. Biz iqtidarın apardığı siyasət nəticəsində vətəndaşların siyasətdən tamamilə uzaqlaşa biləcəyindən ehtiyat edirik. Ona görə seçkilərdə iştirak etməyə məcburuq. Çünki seçki dönəmində müxalifətə məhdud da olsa, efirə çıxmaq, aksiyalar keçirmək imkanı yaradılır. Biz bu imkanla cəmiyyəti fəallaşdıra bilirik”-deyə Əli Kərimli vurğulayıb.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu