Deputatlığa namizəd, tanınmış vəkil Aslan İasmayılov təbliğat-təşviqat işində problemlə üzləşib. Modern.az-a deputatlığa namizədin seçki qərargahından daxil olan mlumata görə, A.İsmayılovun plakatları naməlum şəxslər tərəfindən 20 Saylı Nərimanov İkinci Seçki Dairəsinin məntəqələrinin qarşısındakı lövhələrdən qəsdən cırılaraq məhv edilir və lövhələrdə yalnız deputatlığa namizəd Adil Əliyevin plakatları saxlanılır. Bu isə təşviqat kampaniyasının bərabər və ədalətli keçirilməsini, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və deputatlığa namizədlərin seçicilər tərəfindən tanınmasına mane olmaqla Azərbaycan Respublikasının Qanunvericiliyinin müddəalarını pozur.
“Bundan başqa, bizə daxil olmuş məlumata görə deputatlığa namizədlərdən yalnız birinin təşviqat kompaniyasına Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları (sahə müvəkkilləri ) tərəfindən plakatların ayrı-ayrı obyektlərdə yerləşdirilməsinə göstəriş verilir. Bu cür hərəkətlər qanuna ziddir və qarşısı alınmalıdır”-deyə məlumatda bildirilr.
Deputatlığa namizəd vəkil Aslan Ziyəddin oğlu İsmayılovun seçkiqabağı təşviqat-nəşr materialları ( plakatlar ) ,15 oktyabr 2010-cu il tarixindən Seçki Məcəlləsinin 87-ci maddəsinə əsasən ayrılmış lövhələrdə yerləşdirilir.
|
|
|