Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən bəzi iş və istirahət günlərinin yeri dəyişdirilirb.
Belə ki, Qurban bayramı ilə əlaqədar iş və isstirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2010-cu ilin 13 noyabr istirahət günü ilə 15 noyabr iş gününün yeri dəyişdirilib.
Bu isə deməkdir ki, noyabrın 14, 15. 16 və 17-si iş günü olmayacaq.
Modern.az