Modern.az

BMT-dən tələb: "Vətəndaşlarınızı necə edam edirsiniz?"

BMT-dən tələb: "Vətəndaşlarınızı necə edam edirsiniz?"

29 Oktyabr 2010, 17:05

Baş katib: “Ölüm cəzasını ləğv etmirsinizsə, o zaman yalnız ağır cinayətlər törədənlərə qarşı bu cəzanın tətbiq edin”

BMT Baş Asambleyası ölüm cəzası ilə bağlı qətnamə layihəsi üzərində işləyir. Bu barədə BMT-nin baş katibi Pan Gi Mun Assambleyanın dünənki iclasında bildirib. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, baş katib dünyada ölüm cəzası ilə bağlı qlobal tendensiyanı müzakirəyə çıxarıb.

BMT-yə daxil olan dövlətlərin 3/2-si ya ölüm hökmünü rəsmən ləğv edib ya da onu tətbiq etmir. Bu barədə BMT Baş Assambleyasının iclasında Pan Gi Munun məruzəsində aşıqlanıb. BMT-nin baş katibi bildirib ki, BMT yarandığı gündən keçən vaxt ərzində ölüm hökmünü tətbiq edən ölkələr artıq azlıqda qalıb.

Amma ölkələr arasında əvvələr olduğu kimi ölüm hökmünün ləğv edilməsi ilə bağlı konsensus yoxdur. Beynəlxalq Hüquq Ağır cinayətlərə görə ölüm cəzası verməyi qadağan etmir. Amma BMT-nin vətəndaş və siyasi hüquqlar haqında paktın ikinci Fakültətiv protokolu ölkələrə ölüm hökmünü qadağan etməyi təklif edir. Pan Gi Mun deyib ki, bu günə qədər protokolu 70 -ə qədər ölkə ratifikasiya edib. Bu gün 140 ölkə ölüm hökmünü ləğv edib və ya onun tətbiqinə moratorium qoyub. Ötən il 27 dövlətdə ölüm hökmləri icra edilib.

BMT dövlətləri  ölüm cəzasına məhkum etdiyi və barəsində hökm icra olunmuş hökmlərin sayı  barədə informasiyaların açıqlamağa çağırıb. Baş katib Pan Gi Mun ölüm cəzasını ləğv etməyən ölkələrə müraciət edərək yalnız ağır cinayətlər törədənlərə qarşı bu cəzanın tətbiqini istəyib. O xüsuslə vurğulayıb ki, dövlətlər ölüm cəzasını gizli şəkildə icra edə bilməzlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu