Modern.az

Novruz Aslanov görüşlərini davam etdirir – FOTO+VİDEO

Novruz Aslanov görüşlərini davam etdirir – FOTO+VİDEO

20 Oktyabr 2015, 13:40


Oktyabrın 19-da 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Novruz Aslanov seçki kampaniyasını davam etdirir.

Belə ki, Qurbanəfəndi, Topçu, Buynuz və Bizlan kənlərində möhtəşəm görüşlər keçirilib.

Seçicilər N. Aslanovu hərarətlə qarşılamış və bu seçkilərdə də onu dəstəkləyəcəklərini bildiriblər. Novruz Aslanov bu hərarətə  görə sakinlərə öz təşəkkürünü bildirərək kənd ağsaqqalları ilə səmimi söhbətlər aparıb.

Seçicilər Novruz Aslanovun imkanları daxilində hər zaman rayon sakinlərinə dəstək verdiyinə görə ona öz təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 32 kənddə görüş keçirib və bu görüşlər 43 kəndin sakinini əhatə edib.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?