Modern.az

Ermənilər Qarabağda tapılan qədim şəhərdə qazıntılar aparır – FOTOLAR

Ermənilər Qarabağda tapılan qədim şəhərdə qazıntılar aparır – FOTOLAR

Təhsil

20 Oktyabr 2015, 14:18

Ermənilər Azərbaycanın işğal altında saxlanılan ərazilərində qanunsuz arxeoloji qazıntıları davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə erməni arxeoloqları Şuşa-Xankəndi magistralının yaxınlığında tapılan qədim Qarqar şəhərində qazıntılara başlayıblar.  

2011-ci ildə təsadüf nəticəsində tapılan Qarqar şəhəri eramızın VI-VII-ci əsrinə aid qala divarları, kuqranlar və tikililərlə zəngin tarixi məkan sayılır. Sasani hökmdarı Xosrov Anuşavanın dövründə inşa olunan Qarqar şəhərində XIII əsrdə monqol yürüşlərinə qədər önəmli yaşayış məntəqəsi olub.

2011-ci ildə ermənilərin apardıqları qazınlılar Qarqar qalasının  sağ divarlarının və mərkəzi tikililərinin çökməsi ilə nəticələnmişdi. Ermənsitan Elmlər Akademiyasının baş mütəxəsisi Qaqik Sarkisyan aşkar olunan eksponatların Yerevana daşınacağını deyib.

 

Vüqar İsmayılov 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?