Modern.az

Sərxoş sürücülər üçün cəzalar sərtləşdirildi

Sərxoş sürücülər üçün cəzalar sərtləşdirildi

20 Oktyabr 2015, 14:30


Azərbaycanda avtobusu sərxoş idarə edən sürücülərə qarşı xüsusi cəzalar tətbiq ediləcək.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəllələrinə təklif edilən əlavələrdə öz əksini tapıb.

Məcəllənin 152-1-ci maddəsinə nəzərdə tutulan əlavəyə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur.

Digər əlavəyə əsasən, eyni xətanın il ərzində inzibati tənbeh alan şəxs təkrar törədərsə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs cəzasının tətbiqi təklif olunur.

Əlavədə qeyd olunan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif edilir.

Aytən Zəhra

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!