Modern.az

Məlahət İbrahimqızı seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

Məlahət İbrahimqızı seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

20 Oktyabr 2015, 14:45


Bugün YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı 3-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən deputatlığa namizəd və millət vəkili Məlahət İbrahimqızı seçicilərə  Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərdən, əldə olunan uğurlardan ətraflı danışıb. 

M.İbrahimqızı eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlardan danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı Prezidentin etdiyi parlaq çıxışı haqda danışan xanım namizəd dövlətin gələcək hədəfləri, dövlət siyasətinin  əsas prioritetləri, görüləcək işləri  bir daha Nəsimi rayon seçicilərinə çatdırıb.

Prezidentin fəaliyyətini yüksək qiymətləndirən və onu hər zaman dəstəklədiklərini bildirən seçicilər, mikrorayon ərazisində son günlərdə aparılan tikinti-abadlıq işlərini də alqışladıqlarını söyləyiblər.

Çıxış edən hər bir sakin ölkə rəhbərinin apardığı siyasəti dəstəklədiyini bir daha dilə gətirərək,  ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və 1 Noyabrda keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!