Tez-tez leksikonumuzda rast gəlinən tanış deyim var: Yıxılana balta çalmazlar. Ümumilikdə isə cəmiyyətin Yüksəlmə və Yıxılma barədə təsəvvürləri sırf imkan və vəzifə meyarlarından başqa bir şeylə ölçülmür.
Halbuki, az-çox iman anlayışı olan şəxslər üçün bir sabit düstur var: Allah yıxdığını kimsə qaldıra bilməz, Allahın ucaltdığını kimsə endirə bilməz.
Vəzifədən çıxmaqla Yıxılmaq arasında məntiqi əlaqəyə gəldikdə isə, belə bir əlaqəni ümumiyyətlə istisna edirəm. Vəzifədə olmayan, maddi vəziyyəti zəif olan onlarla insan tanıyıram ki, onların Ucalma perspektivini görmək çətindir.
Vəzifəli-vəzifəsiz, imkanlı-imkansız, ən böyük Yıxılmaq- nəfsinə Yıxılmaqdır. İnsan oğlu hansı məqamda olursa-olsun, Axirətdə hesab vermə qorxusunu yaddaşından uzaq tutmamalıdır.