Modern.az

Novruz Aslanovun təşviqatı dağ kəndlərində davam edib – FOTO +VİDEO

Novruz Aslanovun təşviqatı dağ kəndlərində davam edib – FOTO +VİDEO

Təhsil

21 Oktyabr 2015, 10:41


Oktyabrın 20-də Milli Məclisin deputatlığına namizəd Novruz Aslanovun seçki kampaniyası ucqar kəndlərdə davam etdirilib. Belə ki, Novruz Aslanov həmin gün Milli Məclisin plenar iclasında iştirak etməsi səbəbindən onun vəkilləri - Baba Vəziroğlu, Famil Baqiyev, Rövşən Əliyev, Əziz Qocayev və digərləri Hacıhətəmli, Mollaisaqlı, Aşağı Zərnava, Külüllü və Uştalqışlaq kənlərində seçicilərlə görüşlər keçirib.

Seçicilər N. Aslanovu hər zaman olduğu kimi bu seçkilərdə də dəstəkləyəcəklərini bildirib və ona uğurlar arzulayıblar.

Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 37 kənddə görüş keçirib və bu görüşlər 45 kəndin sakinini əhatə edib.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?