Modern.az

Bakı Olimpiya Stadionuna direktor təyin olundu

Bakı Olimpiya Stadionuna direktor təyin olundu

21 Oktyabr 2015, 12:00


Modern.az
saytı xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.

Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub.

Bakı Dövlət Universitetində sosiologiya və psixologiya ixtisasına yiyələnib.

Rusiyanın San-Marino Universitetində biznes və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.

American University in London-da (hazırda  American Intercontinental University, London) biznesin idarə olunması üzrə bakalavr dərəcəsinə yiyələnib.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə  Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited  Bakı-Tbilisi-Ceyhan boru kəmərində əsas maliyyə mütəxəssisi işləyib.
Həmçinin RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin baş direktoru vəzifələrində çalışıb.
2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.

Ailəlidir, 2 övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!