Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun saxlanması haqqında informasiya yayılıb.
Modern.az saytı B.Hüseynovun işdə olub-olmadığını dəqiqləşdirmək istəsə də, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bu haqda onlara heç bir informasiya verilmədiyini qeyd ediblər.
B.Hüseynovun otağına zəng etdikdə isə telefona katibəsi cavab verərək, onun işdə olub-olmadığı haqda heç nə bilmədiyini deyib.
***
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.
Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Aytən ZƏHRA