13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Milli məclisə namizədliyi irəli sürülən Rauf Əliyev YAP Xəzər rayon təşkilatında ilk dəfə səs verən gənc seçicilərlə görüşüb.
Görüşdə çıxış edən gənclər keçən dövür ərzində Rauf Əliyevin qəsəbənin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək, qəsəbələrdəki bir neçə problemlərin həllində köməklik göstərməyini xahiş ediblər.
R.Əliyev onlarla gənc ailələrə nəzərdə tutulmuş ipoteka, gənc sahibkarların problemlərinin yaxın gələcəkdə həlli ilə bağlı geniş fikir mübadiləsi aparıb.
Gənclərin suallarını cavablandıran namizəd irəli sürülmüş problemlərinin həllinə köməklik göstərəcəyini bildirib.
Modern.az