Modern.az

Siyəzənlilər artıq öz seçimlərini ediblər - FOTOLAR

Siyəzənlilər artıq öz seçimlərini ediblər - FOTOLAR

21 Oktyabr 2015, 15:23

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov bu gün Şabran rayonunun Ağbaş kəndində seçiciləri ilə görüşüb. Görüşə xeyli sayda insan qatılıb.


Seçicilər T.Süleymanova qarşılaşdıqları problemlərdən söz açıblar. Nəsirov Vüqar adlı seçici evinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət edib və elə yerindəcə Siyəzən Qaz İstimar İdarəsinə bu məsələnin həlli üçün göstəriş verilib.

Digər seçicilər Həmidov Vaqif və Quliyev İbrahim isə işlə təmin ediliblər.

Görüşdə iştirak edən kənd ağsaqqaları yekdilliklə səs verməyə gələrək, YAP namizədi Tahir Süleymanova səs verəcəklərini bildiriblər.

T.Süleymanovun seçicilərlə daha bir görüşü isə Gilgilçay qəsəbəsində olub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!