Modern.az

Həmsədrlər Qarabağa da gələcəklər

Həmsədrlər Qarabağa da gələcəklər

21 Oktyabr 2015, 16:22


ATƏT-in Mİsnsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Pyer Andrie (Fransa) və Ceyms Uorlik (ABŞ) regiona səfərləri çərçivəsində oktyabrın 26-27-də Dağlıq Qarabağa da gələcəklər.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Qarabağdakı qondarma rejimin “prezidentinin” “mətbuat katibi” David Babayan məlumat verib.

Onun sözlərinə görə, istənilən belə görüş onlar üçün vacibdir, çünki belə görüşlərdə regional, eləcə də münaqişəli məsələlər müzakirə edilir: Həmsədrlərin “DQR” “prezidenti”, “xarici işlər naziri”, Ermənistanın işğal altında saxladığı ordunun komandirləri ilə görüşləri də planlaşdırılır.  

Həmsədrlər ayın 26-da Yerevana gedəcəklər, onların Bakıya səfəri oktyabrın 28-nə nəzərdə tutulur.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!