Modern.az

Vahid Əhmədovun Qubada görüşləri davam edir - FOTOLAR

Vahid Əhmədovun Qubada görüşləri davam edir - FOTOLAR

Təhsil

21 Oktyabr 2015, 16:24


52 saylı Quba seçki dairəsindən millət vəkilliyinə namizəd Vahid Əhmədov Qubanı qarış-qarış gəzməkdə, seçiciləri ilə görüşməkdə davam edir.

Namizədin növbəti səfəri Qubanın şəhər mərkəzindən təqribən 50 km-dən artıq uzaqlıqda yerləşən dağ kəndu Zərqavaya olub. Sevimli namizədlərini sevinclə və alqışlarla qarşılayan kənd cammatı ilə görüşdən öncə Vahid Əhmədov qəzalı vəziyyətə düşmüş kənd məktəbində aparılan yenidənqurma və təmir işlərinin gedişi ilə maraqlanıb. İş icrasısı ilə söhbətdə mövcud çətinliklər barədə fikir mübadiləsi aparan Vahid Əhmədov təmir üçün aidiyyatı qurumlara etdiyi müraciətlərə aldığı cavabdları qeyd edib və bu işin uğurla bitməsində əlindən gələni etməyə çalışacağını vurğulayıb. Kənd klubuna toplaşan 70 nəfərdən artıq kənd sakini namizəd Vahid Əhmədova yenidən səs verəcəklərini billdiriblər.  Xumar Kamilova, Ağaşirin Həsənov çıxışlarında qeyd ediblər ki, Vahid Əhmədov millət vəkilliyinə ən layiqli namizəddir. Buna onun 10 il müddətində əhali üçün etdikləri və onların müraciətlərinə həssaslıqla yanaşması əsas verir. 

Zərqava kəndindəki görüşdən sonra millət vəkilliyinə namizəd Asparasti kəndinə gəlib. Görüşdən öncə bu kənddə tikilməkdə olan məktəblə tanış olub, iş icraçısı ilə görüşdə vəziyyətlə maraqlanıb. Daha sonra kənd klubunnda 100-dən artıq sakinlə görüşən namizəd Vahid Əhmədova məktəb tikintisi üçün təşəkkürlərini bildirən kənd sakinləri kənddə içməli su problemi ilə bağlı məsələnin də həll edilməsinə köməklik göstərməsini xahiş ediblər.

İsnov kəndində də həm bu kənddən, həm də Kələnov kəndindən olan seçiciləri ilə görüşən Vahid Əhmədova kəndin əsas preoblemlərindən birinin yol və elektrik enerjisi ilə bağlı olduğunu bildiriblər. Çıxış edən kənd sakinlərindən – Fərman Seyidov, Narxanım Mirzəyeva və başqaları öncə Vahid müəllimə müraciətdən sonra Zərqavadan bu kəndə gələn yolun çınqıllanmaına və ətrafını təmizlənərək rahatlaşdırılmasına görə təşəkkür ediblər.

Daha sonra kənddə elektrik enerjisinin tez-tez kəsildiyini diqqətə çatdırıb, dirəklərin istismaq müddətini keçdiyini vurğulayıblar. Namizəd Vahid Əhmədov seçicilərinə onunla görüşə gəldiyinə görə təşəkkürünü bildirib, bu günə qədər bu ərazilərdəki problemlərin həlli yolunda əldə edilən nəticəslərdən danışıb, bundan sonra da əahalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Gədik kəndində keçirilən görüşdə isə əhali daha çox şəxsi mənzil şəraitindən, içməli su, təbii qaz  və yol problemindən söhbət açıblar.

Həbib Şahbazov, Cəlal Mehrəliyev, Seyfəl Dadaşov, Araz Mehrəliyev, Sara Nəsirova onların bir namizədi-Vahid Əhmədov olduğunu bildirərək 1 noyabr seçkilərində məhz ona səs verəcəklərini bilriblər. Onlar qeyd ediblər ki, 10 il öncə bu problermlər kənddə daha qlobal idi. Məhz Vahid Əhmədova müraciətlərdən sonra qismən də olsa bu problemlər həll edilib. Növbəti 5 ildə isə tamamlə həll ediləcəyinə inandıqlarını bildirən knəd sakinləri bir şəxsiyyət kimi məhz Vahid Əhmədovun deputatlığa layiq olduğunu və məhz onun deputatlığının qubalılar üçün qürur yeri olduğunu bildirblər.


 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!