Modern.az

Məktəblilərin fənn olimpiadalarına hazırlıq mərkəzinə mediatur təşkil olundu

Məktəblilərin fənn olimpiadalarına hazırlıq mərkəzinə mediatur təşkil olundu

21 Oktyabr 2015, 18:39

Bu gün Bakı şəhərində Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılan məktəblilərin fənn olimpiadalarına hazırlıq mərkəzinə mediatur təşkil olunub.
 
Modern.az saytının məlumatına görə, Təhsil Nazirliyinin respublika və fənn olimpiyadaları üzrə koordinatoru Fuad Qarayev təqdbirə qatılan media mənsublarına açıqlamasında deyib:

”Bu olimpiada mərkəzləri fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə təşkil olunub. Fənn olimpiada mərkəzlərinin yaradılmasında məqsəd Azərbaycan məktəblərini beynəlxalq fənn olimpiadalarına hazırlamaq və beynəlxalq arenada daha da böyük uğurlar qazanmaqdır. Keçən il biz Tailandda keçirilən riyaziyyat olimpiadasında bürünc medallar əldə etdik. 104 ölkə arasında Azərbaycan komandası 48-ci oldu. Biz artıq ilk 50 ölkə arasındayıqq.
Azərbaycan keçən il iştirak etdiyi riyaziyyat, informatika, fizika olimpiadalarında nəticələr əldə edib. Lakin biz son 5 ildə biologiyadan beynəlxalq olimpiadalarda uğur qazanmırdıq. Keçən il bizim Gəncədən olan məktəblimiz biologiyadan da bürünc medal qazandı. Keçən il pilot lahiyə olaraq Bakı və Sumqayıtın 35-40 məktəbində aşağı siniflərdə fənn olimpiadaları keçirdik və uğurlu nəticələr əldə edənləri olimpiada mərkəzlərinə seçdik.
Yuxarı yaş qruplarında əsas məqsəd 2016-cı ildə keçiriləcək beynəlxalq fənn olimpiadalarında uğurlu nəticələr əldə etməkdir”.

Fuad Qarayev deyib ki, olimpiada mərkəzləri mütəmadi olaraq öz fəaliyyətini davam etdirəcək. “Okyabr, noyabr, dekabr aylarında ökədə 7-8-ci siniflər arasında fənn müsabiqələri keçiriləcək.  Daha yaxşı nəticə göstərənlər gələn il üçün olimpiada mərkəzlərinə qəbul ediləcəklər. Olimpiada mərkəzlərinə təkcə Bakıdan deyil, həmçinin regionlardan da şagirdlər qəbul olunurlar. Onlar  yataqxana, gündə üç dəfə yeməklə təmin olunurlar. 7-ci sinif şagirdləri arasında elə uşaqlar var ki, 11-ci sinif proqramlarını belə, tam mənimsəyib bitiriblər.
 Həmçinin mərkəzlərdə müvafiq fənlərin laboratoriyaları da mövcuddur”.

Qeyd edək ki, ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb, bu da əvvəlki illə müqayisədə 4,5 dəfə çoxdur. Bu il həmçinin məktəblilərimiz beynəlxalq fənn olimpiadadlarında 1 gümüş, 8 bürünc medal qazanıblar.
Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər 6-8-ci, 15-20 nəfər isə 9-11-ci sinif şagirləri seçilib.







Ağa Akifoğlu
Emil Rasim

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!