Modern.az

Zərdablılar artıq öz seçimlərini ediblər - FOTOLAR

Zərdablılar artıq öz seçimlərini ediblər - FOTOLAR

21 Oktyabr 2015, 20:25


92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyevanın Zərdab rayonunun kəndlərində seçicilərlə görüşləri davam edir.

Modern.az xəbər verir ki, namizəd bu dəfə Bıçaqçı, Körpükənd, Yuxarı Seyidlər və Sileyli kəndlərindən olan seçicilərlə görüşüb. Jalə Əliyeva keçirdiyi görüşlər zamanı millət vəkili olaraq gördüyü işlər, seçicilərin problemləri və onların həll yolları ilə bağlı seçicilərlə müzakirələr aparıb.

J.Əliyeva bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır və hər bir Azərbaycan vətəndaşı, o cümlədən zərdablılar və ucarlılar bu dəstəyi öz gündəlik həyatında hiss edirlər.

Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, beş il müddətində seçicilərin etimadını doğrultmağa çalışıb: “Deputat kimi fəaliyyət göstərdiyim müddətdə daim seçicilərin problemlərinin həllinə çalışmışam və yenidən etimad göstərsəniz, belə də davam edəcəm. Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, Sizə çox təşəkkür edirəm”.

Görüşlərdə iştirak edən seçicilər bildiriblər ki, artıq onlar öz seçimlərini ediblər və bu dəfə də layiqli bildiyi namizədə - Jalə Əliyevaya səs verəcəklər.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!